preloader

Səyahət sığortası

  • Sığorta təminatı hansı ölkələrdə keçərlidir?

    + -

    Sığorta təminatı hər səfərin müddəti ardıcıl 60 gündən çox olmamaq şərtilə bütün səyahətlər üçün dünyanın istənilən yerində sizə təqdim olunur. Səfəriniz ardıcıl olaraq 60 gündən çox olarsa, səfərin hər hansı bir hissəsi üçün sığorta təminatı təmin edilməyəcəkdir. Sığorta təminatının maksimum etibarlılığı hər 12 aylıq dövr üçün ölkə xaricində 183 gündür. Səfərlər yaşayış ölkənizdə başlamalı və bitməlidir. Bir tərəfli uçuş bileti üçün sığorta təmin olunmur. Yaşadığınız ölkə ərazisində etdiyiniz səfərlər üçün sığorta təminatı yalnız evinizdən 100 km çox məsafəni qət etdikdə və əvvəlcədən hər hansı otel, motel, tətil evi, mini-otel, istirahət mərkəzi və digər oxşar ödənişli yaşayış yerlərində ən az iki günlük reservasiya etdiyiniz halda təqdim edilir.

  • Bilet “Black Edition” və ya “World Elite” kartı ilə ödənilməyibsə və ya qismən ödənilibsə, sığorta təminatı etibarlıdırmı?

    + -

    Sığorta təminatı bütün xərclər sığortalanmış kart ilə tam ödənildiyi təqdirdə etibarlıdır.

  • Uçuş bileti bir neçə ay əvvəl alındığı halda, sığorta müddəti hansı dövrdən tətbiq olunmağa başlayır?

    + -

    Sığorta səfərin ilk günündən qüvvəyə minir, eyni zamanda səfərin müddəti 60 gündən artıq olmamalıdır.

  • Sığorta hadisəsi baş verdiyi zaman kart sahibi ailə üzvlərinin yanında deyilsə, sığorta təminatı etibarlı sayıla bilərmi?

    + -

    Sığorta təminatı yalnız kart sahibi ailə üzvləri ilə birlikdə səyahət etdiyi halda etibarlıdır.

  • Sığorta hadisəsi baş verdiyi zaman kart sahibinin üzərində kart yoxdursa, sığorta etibarlı sayıla bilərmi?

    + -

    Sığorta təminatına dair şərtlər qarşılandığı təqdirdə kartın mövcudluğu mühüm deyil.

  • Baqaj itkisi sığorta təminatına daxildirmi?

    + -

    Bu riskin ətraflı təsviri sığorta şərtlərinin 23-cü səhifəsində verilmişdir.

  • Sığorta hadisəsi baş verən zaman sığorta şirkətinin hansı əlaqə nömrələri ilə əlaqə saxlamaq lazımdır?

    + -

    +90 212 922 04 25

Yeni səyahətlərə açarınız!