İstənilən şəxs onlayn müraciətlə, pulsuz çatdırılma ilə “Miles&Smiles PAŞA Bank” kartlarını əldə edə bilər.
Aşağıdakı üsullardan biri ilə kartı asanlıqla əldə edə bilərsiniz:
- Veb-saytımızdan sifariş edə bilərsiniz: https://pshb.az/3Cn9RYM
- Sosial media kanallarımız vasitəsilə əlaqə nömrənizi qeyd edə bilərsiniz. Bu zaman əməkdaşlarımız sizdən sifarişi şifahi sorğunuz əsasında qəbul edəcək.
- Əlaqə mərkəzinə zəng edə bilərsiniz: *9123
Bəli, valideynlərin icazəsi ilə 18 yaşdan aşağı şəxslərin kartı əldə etməsi mümkündür.
Kartların və millərin istifadə müddəti 3 ildir. Məsələn, kartınızın bitmə tarixi 2022-ci ildirsə elə həmin ildə də qazandığınız millərin son istifadə tarixi 2025-ci ildir.
Xeyr, kartlarımız debit kartlarıdır. Yəni, karta mədaxil etməklə kartdan ödəniş etmək mümkündür.
Kart 5 iş günü ərzində hazırlanır.
Kart hazır olduqdan sonra kuryer vasitəsilə sizin ünvanınıza pulsuz çatdırılacaq.
Daha ətraflı: https://pshb.az/3yomMbW
Karta vəsaiti asanlıqla mədaxil etmək mümkündür:
- Sizə yaxın filialın kassasından;
- Million və e-manat ödəniş terminalları vasitəsilə;
- ATM vasitəsilə;
- PAŞA Bank Mobil tətbiq vasitəsilə;
- Köçürmə yolu ilə.
“Miles&Smiles PAŞA Bank” kartlarına məxsus bütün üstünlüklər barədə buradan ətraflı məlumat əldə etmək olar: https://pshb.az/3V3vAxH
Xeyr, millərin əldə edildiyi tarixdən etibarən 3 il müddətində istənilən zaman uçuş biletinə çevirmək mümkündür.
Daha ətraflı: https://pshb.az/3ymvN5c
Buraya daxil olaraq kartlarımızın əsas xüsusiyyətlərini fərqləndirə bilərsiniz: https://pshb.az/3MddEfM
Səyahətlə bağlı bir çox sorğunuza “WhatsApp”, “Telegram”, “Viber” tətbiqindən dərhal cavab verəcək platformadır.
Daha ətraflı: https://pshb.az/3rCHktr
Bunun üçün “Miles&Smiles PAŞA Bank” kartını əldə etdikdən sonra sizə göndərilən müvafiq SMS vasitəsilə qeyd olunan tətbiqlərdən qeydiyyatdan keçərək istifadə edə bilərsiniz.
Daha ətraflı: https://pshb.az/3rCHktr
“Miles&Smiles PAŞA Bank” kartları ilə biznes zallara pulsuz və limitsiz giriş imkanıdır.
“Miles&Smiles Black” kart sahibləri ildə 10 dəfə, “Miles&Smiles Elite” kart sahibləri isə limitsiz giriş edə bilər.
Daha ətraflı: https://pshb.az/3ZHbVs7
- Komfortlu gözləmə yerləri
- İnternetə (Wi-Fi) çıxış
- TV, içki və qəlyanaltılar
- Reyslə bağlı məlumat əks olunan monitor, duş, kondisioner
Xidmətlər hava limanına görə fərqlənə bilər. Bütün xidmətlərin siyahısı ilə proqramın saytında və ya mobil tətbiqdə tanış olmaq olar.
“Android”: https://pshb.az/3zOj6Qr
“iOS”: https://pshb.az/3QsKc6o
Hava limanlarında “Lounge Key” biznes zallarının loqotipi ilə göstəricilər yerləşdirilib.
Həmçinin, zalların yeri ilə bağlı informasiya ilə veb-saytdan və ya mobil tətbiqdən tanış olmaq mümkündür.
Daha ətraflı: https://pshb.az/3ZHbVs7
Xeyr, “Miles&Smiles PAŞA Bank” kartınız, minik talonu və şəxsiyyətinizi təsdiq edən sənəd kifayətdir. Həmçinin, “Lounge Key” biznes zalına daxil olmaq üçün veb-saytda heç bir qeydiyyata ehtiyac yoxdur.
Kart sahibini müşayiət edirsə, bəli. Bu zaman, kart sahibinin də orada olması mütləqdir.
Xeyr, yalnız kart sahibinə aid edilir. Müşayiət edən şəxslərin “Lounge Key” biznes zalını ziyarət edə bilməsi üçün hər adama Mastercard üzrə 30 USD, Visa kartı üzrə isə 32 USD ödəniş etməsi lazımdır.
Orta hesabla, 4-6 nəfər. Qonaq sayı hər zalın qaydalarına uyğun təyin edilir.
Daha ətraflı: https://pshb.az/3ZHbVs7
Hər bir zalın daxili qaydasına əsasən dəyişə bilər.
Daha ətraflı: https://pshb.az/3PdWBdq
Biznes zallarının ziyarət tarixçəsini veb-saytda qeydiyyatdan sonra və ya mobil tətbiqdə izləyə bilərsiniz.
Daha ətraflı: https://pshb.az/3T6hEkq
Mil – etdiyiniz nağdsız ödənişlər müqabilində toplanan və uçuş biletinə çevrilə bilən bonus növüdür.
1 mil qazanmaq üçün xərclənməli olan məbləğ:
Platinum kartı üzrə - 3 AZN
Black kartı üzrə - 2 AZN
Elite kartı üzrə - 1.5 AZN
Türk Hava Yollarının “Miles&Smiles” proqramı çərçivəsində təqdim etdiyi fərdi identifikasiya nömrəsidir. TK nömrəniz yoxdursa o, kartın sifarişi zamanı avtomatik olaraq yaradılacaq.
Bəli, əgər hər iki tərəf millərlə 2 il ərzində ən azı bir uçuş həyata keçiribsə mümkündür.
Ödənişlər edərək topladığınız milləri 26 aviaşirkətdə (THY və “Star Alliance” üzvləri) uçuş biletinə dəyişə bilərsiniz.
Türk Hava Yolları üçün daxil olun: https://pshb.az/3SK5Epc
“Star Alliance” üzvləri isə aşağıdakılardır:
1. “Lufthansa”
2. “United Airlines”
3. “Air Canada”
4. “Swiss Airlines”
5. “Air China”
6. “Singapore Airlines”
7. “Turkish Airlines”
8. “LOT Polish Airlines”
9. “Scandinavian Airlines” (SAS)
10. “Shenzhen Airlines”
11. “Aegean Airlines”
12. “Air India”
13. “Air New Zealand”
14. “All Nippon Airways” (ANA)
15. “Asiana”
16. “Austrian Airlines”
17. “Avianca”
18. “Brussels Airlines”
19. “Copa Airlines”
20. “Croatia Airlines”
21. “EgyptAir”
22. “Ethiopian Airlines”
23. “EVA Air”
24. “South African Airlines”
25. “TAP Portgual”
26. “Thai Airways”
- Ödənişlər üzrə millər – Nağdsız ödənişlər zamanı Mil kartları ilə ödəniş etdikdə hesablanan millərdir.
- “Xoş gəldin” milləri – yeni kart əldə etdikdə bank tərəfindən müştəriyə təqdim olunan millərdir.
Kartı əldə etdikdə dərhal əlavə şərtsiz xoş gəldin milləri qazanmaq mümkündür.
“Miles and Smiles” müştərisi yeni kart əldə etdikdə və ya mövcud kartı yenilədikdə/ dəyişdirdikdə “xoş gəldin” milləri hesablanmır.
- Kampaniya milləri - Bank tərəfindən keçirilən kampaniyalar zamanı hesablanan əlavə millərdir.
- Əlavə millər - Partnyorlarımızda ödəniş etdikdə hesablanan əlavə millərdir.
Bütün partnyorlarımızı tanımaq və partnyorlardan millərin hesablanması qaydası ilə buradan tanış olmaq olar.
Mil kartları ilə bir çox istiqamət üzrə nə qədər mil lazım olduğu haqqında buradan ətraflı məlumat əldə edə bilərsiniz: https://pshb.az/3T0KuTs
Biletlərin qiyməti, nə qədər mil lazım olduğu mövsümdən, tələbdən asılı olaraq dəyişə bilər.
Aşağıda qeyd olunan əməliyyatlara görə millər hesablanmır:
- ASAN Ödənişləri;
- Dəmir yolları - yüklərin və sərnişinlərin daşınması;
- Sərnişin daşıması - bərə daxil olmaqla şəhərətrafı və yerli nəqliyyat xidmətləri;
- Avtobus xətləri;
- Pul köçürmələri;
- Mənzil-kommunal xidmətləri;
- Tütün mağazalarından ödənişlər;
- ATM və POS-terminal vasitəsilə nağdlaşdırma əməliyyatları;
- Kredit ödənişi, hesaba mədaxil əməliyyatları, pul köçürmələri;
- Maliyyə insitutları üzrə ödənişlər;
- E-cüzdan balans artırma və digər maliyyə xidmətləri
- Xidmətlərə görə ödəniş - pul köçürmələri
- Kartdan karta pul köçürmələri (yerli və ölkəxarici köçürmələr);
- Hökümət lotereyaları üzrə ödənişlər;
- Qumar ödənişləri;
- At/Tazı yarışları üzrə ödənişlər;
- Xeyriyyə və sosial xidmətlər üzrə ödənişlər;
- Siyasi və dini təşkilatlar üzrə ödənişlər;
- Uşaq dəstəyi, aliment ödənişi də daxil olmaqla qanuni ödənişlər;
- Cərimələr, girov və istiqrazlar üzrə ödəmələr;
- Vergi ödənişləri;
- Poçt xidmətləri.
Ödənişdən sonra qazandığınız millər 15 gün ərzində hesabınıza köçürüləcək.
Topladığınız millər hesabınızda əks olunmadıqda *9123 nömrəsi ilə əlaqə saxlaya və ya customer.care@pashabank.az ünvanına müraciət edə bilərsiniz.
Hesablanmış millərin köçürülməsi bank tərəfindən tranzaksiyaların emalı əsasında aparılır. Daha ətraflı məlumat üçün *9123 çağrı mərkəzimizlə əlaqə yarada bilərsiniz.
Mil balansınızı aşağıda göstərilən üsullarla izləyə bilərsiniz:
• “PAŞA Bank” mobil tətbiqi vasitəsilə: https://pshb.az/mobiltetbiq
• THY veb-saytından şəxsi kabinetə daxil olmaqla və ya THY mobil əlavəsindən: https://pshb.az/3CtdZXm
• Bankın Əlaqə Mərkəzinə müraciət etməklə: *9123
Topladığınız milləri THY veb-saytı və ya mobil tətbiqi vasitəsilə aviabiletə çevirə bilərsiniz.
Daha ətraflı: https://youtu.be/R84vf-kdJ8M
Topladığınız millərlə dünyanın bir çox istiqamətinə aviabilet əldə edə bilərsiniz.
Daha ətraflı: https://pshb.az/3T0KuTs
Bəli, yalnız hava limanı üzrə vergi rüsumu ödənməlidir.
Qeyd: “Classic Plus”, “Elite”, “Elite Plus” status sahibləri vergi rüsumunu da millərlə ödəyə bilər.
“Miles&Smiles PAŞA Bank” kartları ilə yüksək riskli ölkələrdə edilən əməliyyatlara müəyyən limitlər tətbiq olunur.
Həmin ölkələrdə məhdudiyyət yalnız ATM-lərdə nağdlaşdırma zamanı baş verir.
Onlayn edilən əməliyyatlara isə heç bir məhdudiyyət yoxdur.
Yüksək riskli ölkələrin siyahısı ilə buradan tanışmaq olar.
Limitin müvəqqəti aradan qaldırılması üçün sizə yaxın filialımıza və ya Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.
Nəzərə alın ki, topladığınız millərlə əldə etdiyiniz aviabilet üçün yenidən mil hesablanmır.
Sığorta təminatı hər səfərin müddəti ardıcıl 60 gündən çox olmamaq şərtilə bütün səyahətlər üçün dünyanın istənilən yerində sizə təqdim olunur. Səfəriniz ardıcıl olaraq 60 gündən çox olarsa, səfərin hər hansı bir hissəsi üçün sığorta təminatı təmin edilməyəcəkdir. Sığorta təminatının maksimum etibarlılığı hər 12 aylıq dövr üçün ölkə xaricində 183 gündür. Səfərlər yaşayış ölkənizdə başlamalı və bitməlidir. Bir tərəfli uçuş bileti üçün sığorta təmin olunmur. Yaşadığınız ölkə ərazisində etdiyiniz səfərlər üçün sığorta təminatı yalnız evinizdən 100 km çox məsafəni qət etdikdə və əvvəlcədən hər hansı otel, motel, tətil evi, mini-otel, istirahət mərkəzi və digər oxşar ödənişli yaşayış yerlərində ən az iki günlük reservasiya etdiyiniz halda təqdim edilir.
Sığorta təminatı bütün xərclər sığortalanmış kart ilə tam ödənildiyi təqdirdə etibarlıdır.
Sığorta səfərin ilk günündən qüvvəyə minir, eyni zamanda səfərin müddəti 60 gündən artıq olmamalıdır.
Sığorta təminatı yalnız kart sahibi ailə üzvləri ilə birlikdə səyahət etdiyi halda etibarlıdır.
Sığorta təminatına dair şərtlər qarşılandığı təqdirdə kartın mövcudluğu mühüm deyil.
Bu riskin ətraflı təsviri sığorta şərtlərinin 23-cü səhifəsində verilmişdir.
+90 212 922 04 25