preloader

Millərin hesablanması qaydası

  • 1000 AZN-lik bilet üçün nə qədər mil toplamalıyam?

    + -

    Mil kartları ilə bir çox istiqamət üzrə nə qədər mil lazım olduğu haqqında buradan ətraflı məlumat əldə edə bilərsiniz: https://pshb.az/3T0KuTs


    Biletlərin qiyməti, nə qədər mil lazım olduğu mövsümdən, tələbdən asılı olaraq dəyişə bilər.

  • Hansı əməliyyatlara görə millər hesablanmır?

    + -

    Aşağıda qeyd olunan əməliyyatlara görə millər hesablanmır:
    - ASAN Ödənişləri;
    - Dəmir yolları - yüklərin və sərnişinlərin daşınması;
    - Sərnişin daşıması - bərə daxil olmaqla şəhərətrafı və yerli nəqliyyat xidmətləri;
    - Avtobus xətləri;
    - Pul köçürmələri;
    - Mənzil-kommunal xidmətləri;
    - Tütün mağazalarından ödənişlər;
    - ATM və POS-terminal vasitəsilə nağdlaşdırma əməliyyatları;
    - Kredit ödənişi, hesaba mədaxil əməliyyatları, pul köçürmələri;
    - Maliyyə insitutları üzrə ödənişlər;
    - E-cüzdan balans artırma və digər maliyyə xidmətləri
    - Xidmətlərə görə ödəniş - pul köçürmələri
    - Kartdan karta pul köçürmələri (yerli və ölkəxarici köçürmələr);
    - Hökümət lotereyaları üzrə ödənişlər;
    - Qumar ödənişləri;
    - At/Tazı yarışları üzrə ödənişlər;
    - Xeyriyyə və sosial xidmətlər üzrə ödənişlər;
    - Siyasi və dini təşkilatlar üzrə ödənişlər;
    - Uşaq dəstəyi, aliment ödənişi də daxil olmaqla qanuni ödənişlər;
    - Cərimələr, girov və istiqrazlar üzrə ödəmələr;
    - Vergi ödənişləri;
    - Poçt xidmətləri.

  • Toplanmış millər hesabda nə zaman əks olunur?

    + -

    Ödənişdən sonra qazandığınız millər 15 gün ərzində hesabınıza köçürüləcək.

  • Millər hesablanmadıqda nə etməliyəm?

    + -

    Topladığınız millər hesabınızda əks olunmadıqda *9123 nömrəsi ilə əlaqə saxlaya və ya customer.care@pashabank.az ünvanına müraciət edə bilərsiniz.
    Hesablanmış millərin köçürülməsi bank tərəfindən tranzaksiyaların emalı əsasında aparılır. Daha ətraflı məlumat üçün *9123 çağrı mərkəzimizlə əlaqə yarada bilərsiniz.

  • Toplanılan millər barədə məlumatı haradan əldə edə bilərəm?

    + -

    Mil balansınızı aşağıda göstərilən üsullarla izləyə bilərsiniz:
    • “PAŞA Bank” mobil tətbiqi vasitəsilə: https://pshb.az/mobiltetbiq
    • THY veb-saytından şəxsi kabinetə daxil olmaqla və ya THY mobil əlavəsindən: https://pshb.az/3CtdZXm
    • Bankın Əlaqə Mərkəzinə müraciət etməklə: *9123

Yeni səyahətlərə açarınız!

Onlayn sifariş