Debet Kart Nədir?
Bugünkü rəqəmsal əsrdə debit kartlar ilə maliyyənizi idarə etmək heç vaxt bu qədər rahat olmamışdı. Debet kartlar, sürətli və əngəlsiz əməliyyatlar üçün vacib vasitəyə çevrilib. Bu bloq yazısında biz debet kart nədir, istifadə şərtləri və onlayn kart sifarişi haqda danışacayıq.
Debet kart nədir?
Debet kart, adətən bankların ödəmələrinizi onlayn şəkildə həyata keçirməyiniz üçün təklif etdiyi plastik kartdır. Kredit kartlarından fərqli olaraq, debet kartlar daxilində alış-verişlərinizi həyata keçirmək üçün heç bir vəsait yer almır.
Debet kartlar necə işləyir?
Debet kartlar mağazada və ya onlayn alış-veriş, bankomatdan pul çıxarma və s. daxil olmaqla, geniş əməliyyatlar üçün istifadə edilə bilər.
Belə ki, sahib olduğunuz karta mədaxil edərək bankın təklif etdiyi üstünlüklərdən faydalana bilərsiniz. Əgər miles debet kart sahibisinizsə, mil hesablanmayan ödənişlər istisna olmaqla, bütün ödənişlərinizdə millər qazana bilərsiniz.
Miles and Smiles debit kart tarifləri nələrdir?
İllik abunəlik haqqı | ATM və POS-terminallarda nağdlaşdırma | Nağd pulun mədaxili | |
Visa Platinum | 40 AZN | 500 AZN-dək pulsuz | Pulsuz |
Mastercard Black | 90 AZN | 1000 AZN-dək pulsuz | Pulsuz |
Mastercard Elite | 300 AZN | 2000 AZN-dək pulsuz | Pulsuz |
Bütün tariflərlə buradan tanış ola bilərsiniz.
Miles&Smiles Onlayn Kart Sifarişi necə edilir?
Sadəcə bir neçə addımda debit kart sifarişi edə biləcəyinizi bilirsiniz? Belə ki, miles debet kartların üstünlükləri ilə buradan tanış olaraq, Onlayn kart sifarişi həyata keçirə bilərsiniz. Əgər kart seçimində qərarsızsınızsa, “Miles kart nədir və üstünlükləri nələrdir?” məqaləmizə göz gəzdirə bilərsiniz.