preloader
29/05/2019

PAŞA Bank Azərbaycanda ilk dəfə olaraq dünyanın ən böyük aviaşirkətlərindən biri Türk Hava Yolları ilə eksklüziv tərəfdaşlıqda PAŞA Bank Miles&Smiles kartını təqdim edir!

PAŞA Bankın Miles&Smiles kartı yalnız PAŞA Bank müştəriləri üçün deyil, ümumiyyətlə bütün əhali üçün nəzərdə tutulub.

PAŞA Bank Miles&Smiles kartı sahibləri ticarət və xidmət obyektlərində PAŞA Bankın POS-terminallar şəbəkəsi daxilində və xaricində ödənişləri nağdsız həyata keçirmək, mil qazanaq və toplanan milləri dünyanın 308 istiqamətləri üzrə biletə çevirmək imkanı əldə edir.

Cari prinsip nəinki ölkə-daxili, həmçinin ölkə-xarici ödənişlər üçün də keçərlidir. Bundan başqa, Müştəri Bankın partnyor şəbəkəsində PAŞA Bank Miles&Smiles kartı ilə ödəniş zamanı əlavə millər qazanmaq şansı da əldə edəcək.

Həmçinin, PAŞA Bankın Miles&Smiles kartı ilə otel rezervasiyası, avtomobil icarəsi, istirahət və alış-veriş ödənişləri zamanı 35 faizə qədər endirimlərdən faydalanmaq imkanı da təqdim olunur.

PAŞA Bankın Miles&Smiles kartının digər bir özəlliyi də kart sahibinə ilkin ödəniş müqabilində əlavə bonus millər (“Xoş gəldin” milləri funksiyası), eyni zamanda, öncədən aviabilet və ya digər xidmətlərə dəyişmək üçün əlavə millər (“Avans Millər” funksiyası) hədiyyə olunması imkanıdır.

Bundan başqa, PAŞA Bankın Miles&Smiles kartının sahibləri Türk Hava Yolları tərəfindən “Miles&Smiles” bonus proqramı çərçivəsində konsyerj xidməti (çağrı və “Çatbot”), dünyanın bütün hava limanlarında VİP gözləmə otaqlarında qonaq olmaq, səyahət zamanı sığortalanma və digər bir sıra imtiyazlardan yararlanmaq şansı əldə edəcəklər.

Your key to new journeys!