preloader
11/09/2023

Səyahət sığortası nədir?

Bəzən hansısa bir uzaq məsafəyə yollanarkən “Başıma nə gələ bilər ki?” düşüncəsi ilə ehtiyatsız şəkildə evdən çıxırıq və ya başımıza gələ biləcək ehtimalları təxmin edirik, lakin nəyəsə güvənərək güman edirik ki, bu hal bizdən sovuşar. Bəs qorxduğumuz hadisə bir gün baş verərsə vəziyyətdən necə çıxaq?
Özümüzü ehtimal etdiyimiz risklərdən, uğursuzluqlardan sığorta edə bilməsək də ən azından çəkəcəyimiz maddi zərərin ödənilməsindən sığortalana bilərik. Bu məqsədlə də bizi müxtəlif risklərdən qoruyan səyahət sığortaları mövcuddur.

Səyahət sığortası nədir, niyə lazımdır?

Səyahət sığortası ilə siz yarana biləcək çətinliklərə hazır olursunuz və səyahət təcrübənizi daha təhlükəsiz və daha əyləncəli edirsiniz. Sığortalı şəxs özünü gözlənilməz gecikmələr, itkilər və hətta gecikdiyi uçuşlara qarşı müdafiə edir. Başqa sözlə desək, əgər şəxs bu cür hallara görə zərər çəkirsə, bu xərc sığortalandığı şirkət tərəfindən ödənilir. 

Səyahət sığortası necə işləyir?

Səfər sığortası sığorta şirkətlərindən, səyahət agentliklərindən və ya onlayn provayderlərdən alına bilər. Səyahətçilər ehtiyaclarına və planlaşdırdıqları səyahət növünə əsasən müxtəlif sığorta növləri arasından seçim edə bilərlər. Bu sığortanın bəzi ümumi növlərinə reysin gecikməsi və ya ləğvi, baqajın ləngiməsi, tibbi sığorta və bu kimi digər xidmətlət daxildir.


Miles kartlar sizə tam ödənişsiz səyahət sığortası vəd edir. Sizə uyğun mil kartı sifariş edərək elə indi bu üstünlükdən faydalana və dünyanı mil-mil səyahət etməyə başlaya bilərsiniz.
 

Yeni səyahətlərə açarınız!