preloader

Pulsuz transfer xidməti

Pulsuz transfer xidməti

Campaign terms

“Airtransfer” şirkətinin dəstəyi ilə “Visa Platinum” kart sahibləri artıq Heydər Əliyev adına Beynəlxalq Hava Limanından gediş və ya gəliş zamanı ildə 2 dəfə pulsuz transfer xidmətindən yararlanacaqlar.

 

Xidmətdən istifadə etmək üçün:

1) Visa çat-botunda qeydiyyatdan keçin;

2) “Aeroport transferi” menyusunda “Xidməti sifariş et” düyməsini sıxın;

3) Qaydalarla tanış olun və qəbul edin;

4) Reysin nömrəsini, gününü və tarixini, gedən şəxslərin və baqajın sayını, öz adınızı, soyadınızı və əlaqə nömrənizi qeyd edin;

5) Sifarişin təsdiqi ilə bağlı bildirişi alın, avtomobiliniz ayağınıza gəlsin.

 

Bir transferdəki maksimum sərnişin sayı 4 nəfərdir. Baqaj sayı 4-ü keçməməlidir, qeyri-standart yüklər daşınma üçün qəbul edilmir. Əlavə xidmətlərə ehtiyacınız varsa (uşaq oturacağının təqdim olunması kimi), sifarişi tərtib edərkən bunu qeyd edin.

Xidmətin göstəriləcəyi yerə sifarişdə qeyd edilən tarixədək gəlməlisiniz. Gözləmə müddətinə məhdudiyyətlər var. Reysin gecikməsi sifariş vaxtının dəyişdirilməsi üçün əsas ola bilməz.

Xidmət göstərilməsinə ən azı 12 saat qalmış transfer sifariş edə bilərsiniz. Transferi çat-bot vasitəsilə sifarişin yerinə yetirilməsinə 12 saat və daha çox müddət qalması şərtilə ləğv etmək mümkündür.

 

Avtomobillər barədə daha ətraflı visa.com.az

 

Xidmətdən istifadə üçün “Visa Platinum” kart sahibləri smartfon və ya smart-saat vasitəsilə son 35 gün ərzində toplam 100 AZN ödəniş etməlidir. Edilən hər bir ödənişin 5 gün ərzində təsdiqləndiyini nəzərə almağınız xahiş olunur.

Misal: 25 iyul tarixində səyahət planlamısınız. 15 iyuladək artıq toplam 70 AZN dəyərində ödəniş etmisiniz. Bu zaman siz 20 iyul tarixinədək əlavə 30 AZN ödəniş etməlisiniz. Çünki edilən hər bir ödəniş 5 gün ərzində təsdiqlənir.

Qeyd: Zala daxil olduqda kart aktiv olmalıdır. Kartın aktivliyini yoxlamaq üçün dərhal geri qaytarılmaq şərtilə, kartdan 1 USD vəsait silinəcək.

Kampaniyanın müddəti

06.06.2022 - 31.08.2024

Yeni səyahətlərə açarınız!