preloader
23/08/2023

“Miles kart" nədir və üstünlükləri hansılardır?

“Miles kart" etdiyiniz nağdsız ödənişlərdən mil toplamaq və həmin milləri uçuş biletinə çevirmək üstünlüyü təqdim edən kart növüdür. Həmçinin, kartınız sizə “Lounge Key” biznes zallarına pulsuz giriş, səyahət sığortası, hava limanına və ya hava limanından pulsuz transfer və bir çox üstünlüklər qazandıracaq.

“Miles&Smiles PAŞA Bank”ın təklif etdiyi üstünlüklərlə dolu kartlar səyahətinizi uzun müddət gözləmədən, istədiyiniz vaxt, istədiyiniz istiqamətə uçuş biletinə dəyişməyinizə kömək edir.

“Miles kartları" necə işləyir?


Nə qədər çox nağdsız ödəniş etsəniz, bir o qədər də çox mil qazanacaqsınız. Təklif etdiyimiz “Platinum”, “Black” və “Elite” kartının hər birinin fərqli tarifləri var və millərin hesablanması həmin tariflər üzrə həyata keçirilir.

PAŞA Bank mil kartları hansı üstünlükləri təklif edir?


-        “Xoş gəldin” milləri
-        “Lounge Key” biznes zallarına pulsuz giriş
-        “Fast Track” xidməti
-        Komissiyasız nağdlaşdırma
-        Data rouminq xidməti
-        Səhayət sığortası
-        Hava limanına və ya hava limanından pulsuz transfer və s.
 Bütün üstünlüklərlə buradan tanış ola bilərsiniz.

Mil kartları ilə hara səyahət etmək olar?

mil kartlari ile hara seyahet etmek olar


Qazandığınız millərlə “Türk Hava Yolları” da daxil olmaqla “Star Alliance”a üzv 26 aviaşirkətlə dünyanın müxtəlif ölkələrinə səyahət edə bilərsiniz:

 

İstiqamət

Birtərəfli standart

İkitərəfli standart

Birtərəfli endirimlə

İkitərəfli endirimlə

İstanbul

15000

30000

10000

20000

Moskva

15000

30000

10000

20000

Paris

15000

30000

10000

20000

Amsterdam

15000

30000

10000

20000

 

Bir çox istiqamətə birtərəfli və ikitərəfli bilet üçün tələb olunan mil sayı ilə buradan tanış ola bilərsiniz: https://miles.pashabank.az/az/istenilen-zaman-bilet 

İstədiyiniz səyahət və əyləncə “Miles&Smiles” kartları ilə mümkündür!

 

Yeni səyahətlərə açarınız!