preloader

“Mastercard”la Parisdə dəbli üstünlüklər!

“Mastercard”la Parisdə dəbli üstünlüklər!

Kampaniyanın şərtləri

“Black” və “Elite” kart sahibləri Parisdə bir çox üstünlüklərdən yararlana bilərlər.

Buraya nələr aiddir?

• “Galeries Lafayette” mağazasında müxtəlif imtiyazlar

      Minimum 650 avro ödəniş edən “Black” kart sahibləri əldə edəcək:
      - “Concierge” zalına giriş və pulsuz içki;
      - Xüsusi kiçik hədiyyələr;
      - Sorğuya əsasən ƏDV-nin geri qaytarılması.

      Minimum 3 000 avro ödəniş edən “Elite” kart sahibləri əldə edəcək:
      - Mağazada sizi müşayiət edəcək şəxsi satış məsləhətçisi;
      - Lüks brendlərə sürətli keçid və ya VIP geyim dəyişmə otağı;
      - Edilən alış-verişin Parisdəki ünvanınıza çatdırılması;
      - “Galeries Lafayette”də keçiriləcək “Cümə Moda Şousu”na dəvət. Bunun üçün kart sahibi schene@galerieslafayette.com ünvanına sorğu göndərməlidir.

Həmçinin, “Black” və “Elite” kart sahibləri “Galeries Lafayette Haussmann” mağazasında edilən 500 avro dəyərində birdəfəlik ödənişlərə 30 avro keşbek qazanacaqlar.

• “La Samaritaine” mağazasında bir çox üstünlüklər

      - Mağazanın girişində müştəriləri qarşılama;
      - İçki və qəlyanaltıların təqdim olunduğu “Apartment prestige” salonuna giriş;
      - Stilist yardımı;
      - Edilən alış-verişin hotelə çatdırılması;
      - Sorğu əsasında ƏDV-nin geri qaytarılması.

 

Yeni səyahətlərə açarınız!