
İndi "Miles&Smiles PAŞA Bank Black” kart sahibi olaraq yeni eksklüziv imtiyazlardan faydalana bilərsiniz!
Heydər Əliyev Beynəlxalq Aeroportunda təqdim olunan premium səyahət zonalarına giriş imkanından ildə 4 dəfə tam ödənişsiz şəkildə yararlanın.
Bu imtiyaz yalnız kart sahibi üçün deyil, əlavə bir qonaq üçün də keçərlidir.
Kart sahibləri üçün yüksək sinif nəqliyyat vasitələri ilə ildə 4 dəfə Heydər Əliyev Beynəlxalq Aeroportuna və əks istiqamətdə transfer xidməti təqdim olunur.
Transfer zamanı kart sahibinin ailə üzvləri də (maksimum dörd sərnişin olmaqla) bu xidmətdən istifadə edə bilər. Səyahətinizi daha komfortlu və təhlükəsiz etmək üçün hər şey nəzərə alınıb.
Sevdiyiniz restoranlarda ödəniş edərkən, 5% keşbek imkanlarından yararlanın!
Qeyd edək ki, keşbek 100 AZN-dən yuxarı ödənişlər üçün təqdim olunur və bir ay üzrə limit 50 AZN-dir.
Beynəlxalq səfərləriniz zamanı Duty-Free mağazalarında etdiyiniz ödənişlər də sizə keşbek qazandırır!
Dünyanın bütün Duty-Free mağazalarında “Black” kartı ilə ödəniş zamanı 5% keşbek əldə edəcəksiniz.
Qeyd edək ki, keşbek 50 EUR-dan yuxarı ödənişlər üçün təqdim olunur və bir ay üzrə limit 25 EUR-dur.
Aktiv həyat tərzinə üstünlük verənlər üçün də “Mastercard” imtiyazlar təqdim edir.
“Black” kart sahibləri illik “Plus” paketinə abunə zamanı 50% endirim əldə edəcəklər.
Tədbirləri izləməyi sevən kart sahibləri üçün də əlavə imtiyazlar mövcuddur:
• Seçilmiş tədbirlərə biletlər “Black” kart sahiblərinə öncədən təqdim olunur.
• Həmçinin, VIP yerlərin rezervasiyası və sürətli giriş imkanı da təqdim edilir.
Səyahətlərinizin planlaşdırılması, rezervasiyalar və gündəlik ehtiyaclarınıza uyğun istəklər üçün hər zaman yanınızda olan çatbot xidmətimiz:
• Azərbaycan, İngilis və Rus dillərində, Telegram və WhatsApp üzərindən fasiləsiz fəaliyyət göstərir.
• Sizin üçün fərdi yanaşma ilə dəstək göstərilir.