preloader

Lounge Key zallarına giriş

Feature 1

Lounge Key zallarına giriş

Biznes zallara pulsuz və limitsiz giriş edin!

“Miles&Smiles” kart sahibləri 450 şəhərdə, 1100-dən çox “Lounge Key” biznes zallarına pulsuz giriş əldə edəcəklər:
• “Platinum” : İldə 2 dəfə;
• “Black”: İldə 10 dəfə;
• “Elite”: Limitsiz.

“Miles&Smiles” kart sahibləri səfərdən öncə https://www.loungekey.com/pashabank saytına daxil olaraq səyahət edəcəkləri şəhərin hava limanında “Lounge Key” gözləmə zalının olub-olmamasını, zalın görünüşünü və göstərdiyi xidmətlərlə tanış ola bilərlər.

Biznes gözləmə zallarına daxil olmaq üçün əvvəlcədən qeydiyyatdan keçməyə ehtiyac yoxdur, lakin girişləri izləmək istəyirsinizsə, https://www.loungekey.com/pashabank saytından qeydiyyatdan keçə bilərsiniz.
Sizdən əlavə ziyarətçilər olarsa ekstra Visa üzrə 32 USD, Mastercard üzrə isə 30 USD ödəməklə “Lounge Key” zallarına daxil ola bilərlər. Azərbaycanda “Lounge Key” zallarına daxil olduqda əlavə olaraq 28% vergi tutulur.

Pulsuz və limitsiz giriş üstünlüyü isə yalnız kart sahibinə şamil olunur.

Xidmətdən istifadə üçün “Visa Platinum” kart sahibləri smartfon və ya smart-saat vasitəsilə son 35 gün ərzində toplam 100 AZN ödəniş etməlidir. Edilən hər bir ödənişin 5 gün ərzində təsdiqləndiyini nəzərə almağınız xahiş olunur.

Misal: 25 iyul tarixində səyahət planlamısınız. 15 iyuladək artıq toplam 70 AZN dəyərində ödəniş etmisiniz. Bu zaman siz 20 iyul tarixinədək əlavə 30 AZN ödəniş etməlisiniz. Çünki edilən hər bir ödəniş 5 gün ərzində təsdiqlənir.

Qeyd: Zala daxil olduqda kart aktiv olmalıdır. Kartın aktivliyini yoxlamaq üçün dərhal geri qaytarılmaq şərtilə, kartdan 1 USD vəsait silinəcək.

 

Lounge key process

 

"Lounge Key" ilə bağlı tez-tez verilən suallar:

”Lounge Key” zalını necə tapmaq olar?
Hava limanlarında “Lounge Key” biznes zallarının loqotipi ilə göstəricilər yerləşdirilib. Həmçinin, zalların yeri ilə bağlı informasiya ilə veb-saytdan və ya mobil tətbiqdən tanış olmaq mümkündür:

“Lounge Key” mobil tətbiqini indi yükləyin:
“Android”: https://pshb.az/3zOj6Qr
“iOS”: https://pshb.az/3QsKc6o
Veb-sayta keçid: https://pshb.az/3PdWBdq

“Lounge Key” biznes zallarında hansı xidmətləri əldə edə bilərəm?
Komfortlu gözləmə yerləri, internetə (Wi-Fi) çıxış, TV, içki və qəlyanaltılar, reyslə bağlı məlumat əks olunan monitor, duş, kondisioner.
Biznes zallardakı xidmətlər hava limanına görə fərqlənə bilər. Sizə lazım olan aeroportun xidmətlərinin siyahısı ilə proqramın saytında və ya mobil tətbiqdə tanış ola bilərsiniz.

“Lounge Key” biznes zalına keçmək üçün xüsusi kart lazımdırmı?
Xeyr. Keçmək üçün “Miles&Smiles PAŞA Bank” kartınız, minik talonu və şəxsiyyətinizi təsdiq edən sənəd kifayətdir. İçəri girərkən zalın əməkdaşlarına “Lounge Key” üzvü olduğunuzu bildirməlisiniz. Kartdakı, minik talonundakı və sənəddəki ad üst-üstə düşməlidir. Əgər kart sahibinin kartı aktivdirsə, həmçinin, pulsuz ziyarətlər qalıbsa, biznes zalları ödənişsiz ziyarət etmək olar.

“Lounge Key” biznes zalını kart sahibi olmayan ziyarət edə bilərmi?
Yalnız kart sahibini müşayiət edirsə. Bu zaman kart sahibinin də orada olması mütləqdir.

Pulsuz ziyarətlər müşayiət edən şəxslərə aid edilirmi?
Xeyr, yalnız kart sahibinə. Müşayiət edən şəxslərin “Lounge Key” biznes zalını ziyarət edə bilməsi üçün hər adama Visa Platinum üzrə 32 USD, Mastercard üzrə 30 USD ödəniş etmək lazımdır.

Məni neçə qonaq müşayiət edə bilər?
Orta hesabla 4-6 adam. Qonaq sayı hər zalın qaydalarına uyğun təyin edilir.

Lounge Key biznes zalında uşağa görə ödəniş etmək lazımdırmı?
2-4 yaşlı uşaqlara əksər biznes zallarda giriş pulsuzdur.

Pulsuz ziyarətlərin sayını necə öyrənə bilərəm?
Biznes zalların ziyarət tarixçəsini saytda qeydiyyatdan sonra və ya mobil tətbiqdə görə bilərsiniz.

“Mastercard Black Preferred” biznes kartına şamil edilmir.

Lounge Key xidməti haqda daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Yeni səyahətlərə açarınız!

Onlayn sifariş