preloader

"Airport lounge" zallarına pulsuz giriş

Feature 1

"Airport lounge" zallarına pulsuz giriş

VİSA ilə “Airport lounge” zallarına pulsuz giriş edin!

“Miles&Smiles PAŞA Bank Platinum" kart sahibləri "Airport Lounge" xidmətindən pulsuz istifadə imkanına malikdir. Ödənişsiz ziyarət üstünlüyündən yalnız kart sahibi faydalana bilər. 1 oktyabr 2024 tarixindən etibarən “Visa Lounge Service” provayderi “DRAGONPASS” şirkətidir.

Sizinlə birlikdə giriş etmək istəyən ziyarətçilər əlavə 32 USD ödəməklə “Airport Lounge” zallarına daxil ola bilərlər. Azərbaycanda “Airport Lounge” zallarına daxil olduqda əlavə olaraq 28% vergi tutulur.

Qeyd: "Miles&Smiles PAŞA Bank Platinum" kart sahibləri “Airport Lounge” xidmətindən istifadə etmək üçün kartlarını ATM-ə daxil edib istənilən əməliyyatı həyata keçirməlidirlər. Xidmətdən istifadə üçün “Visa Platinum” kart sahibləri smartfon və ya smart saat vasitəsilə son 35 gün ərzində toplam 100 AZN ödəniş etməlidir. Edilən hər bir ödənişin 5 gün ərzində təsdiqləndiyini nəzərə almağınız xahiş olunur.

Misal: 25 iyul tarixində səyahət planlamısınız. 15 iyuladək artıq toplam 70 AZN dəyərində ödəniş etmisiniz. Bu zaman siz 20 iyul tarixinədək əlavə 30 AZN ödəniş etməlisiniz. Çünki edilən hər bir ödəniş 5 gün ərzində təsdiqlənir.

Qeyd: Zala daxil olduqda kart aktiv olmalıdır. Kartın aktivliyini yoxlamaq üçün dərhal geri qaytarılmaq şərtilə, kartdan 1 USD vəsait silinəcək.

“Visa” konsyerj çatbot xidmətinə əlavə olaraq, yeni “Visa Airport Companion” mobil tətbiqini təqdim edir. Bu tətbiq vasitəsilə kart sahibləri müvafiq “Visa Premium” kartlarını qeydiyyatdan keçirərək hava limanı zallarında keçərli imtiyazlar, mövcud zallar, illik girişlər və əlavə giriş imkanları haqqında məlumat əldə edə bilərlər.

Tətbiqin istifadəsi: Tətbiqi “App Store” və ya “Play Market”dən yükləyin, kartınızı qeydiyyatdan keçirin, daxil olmaq istədiyiniz zalı seçin və rəqəmsal giriş əldə edin.

Yeni səyahətlərə açarınız!