Çatbot konsyerj istənilən sorğuya cavab almaq üçün operativ dəstək xidmətidir. Kartı əldə etdikdən sonra müvafiq SMS alacaqsınız. Aldığınız məlumata əsasən 3 Messenger-də (WhatsApp, Telegram, Viber) xidmətə qoşula bilərsiniz. Messenger-dən asılı olaraq verifikasiya məqsədilə sizə ünvanlanan sualları cavablandırdıqdan sonra xidmətdən yararlana bilərsiniz.
Konsyerj xidmətlərinin növləri:
• Biletlərin alınması;
• Otel axtarışı;
• Kafe, restoran və konsertlərə biletlərin rezervasiyası;
• Digər məlumatlar almaq üçün sorğular və s.
Bir sözlə, çatbot konsyerj Sizin şəxsi assistentinizdir və 24/7 Sizə xidmət göstərməyə hazırdır.