Hava Limanına İldə 2 Dəfə Pulsuz Gediş-Gəliş!
preloader

Hava limanından pulsuz transfer

Feature 1

Hava limanından pulsuz transfer

Visa ilə Azərbaycan, Türkiyə və BƏƏ aeroportları üçün transfer xidməti

“Miles&Smiles PAŞA Bank Platinum” və “Miles&Smiles PAŞA Bank Signature” kart sahiblərinə pulsuz transfer xidməti

İndi premium Visa kartları ilə Bakı, İstanbul, Dubay və Əbu-Dabi hava limanlarında pulsuz transfer xidmətindən istifadə edə bilərsiniz.

Transfer limitləri:
    • Miles&Smiles PAŞA Bank Signature – ildə 4 dəfə

Xidmətdən istifadə üçün:
    1. Visa Concierge çat-botunda qeydiyyatdan keçin
    2. Menyudan “Aeroport transferi” bölməsini seçin
    3. Qaydalarla tanış olun və qəbul edin
    4. Kartınızı əlavə edib xidmətin mövcudluğunu yoxlayın
    5. Sifariş məlumatlarını daxil edin: ad, soyad, reys nömrəsi, tarix, sərnişin və baqaj sayı, ünvan

Şərtlər:
    • Sifariş xidmət vaxtından ən az 14 gün əvvəl verilməlidir
    • Maksimum: 4 sərnişin və 4 ədəd standart ölçülü baqaj
    • Böyük baqaj 2 vahid kimi sayılır
    • Xidmət göstəriləcək yerə vaxtında gəlmək vacibdir
    • Gözləmə müddəti: hava limanından götürülmə – 60 dəq, hava limanına aparılma – 30 dəq

İmtina halları:
    • Sifarişi ləğv etmək üçün çat-bota ən az 6 saat əvvəl müraciət edin
    • Gecikmə və məlumat dəyişiklikləri bu müddət ərzində bildirilə bilər

Şərt:
Son 35 gün ərzində kartla Google Pay və ya Apple Pay vasitəsilə Platinum üçün 500 AZN, Signature üçün 500 AZN ödəniş edilməlidir.

Xidmət ölkələri və şəhərləri:
    • Azərbaycan – Bakı (GYD)
    • Türkiyə – İstanbul (IST, SAW), İzmir (ADB), Antalya (AYT), Bodrum (BJV), Alanya (GZP)
    • BƏƏ – Dubay (DXB), Əbu-Dabi (AUH)

Təklifin son tarixi: 31 dekabr 2025

Lounge key process

 

Yeni səyahətlərə açarınız!

Onlayn sifariş