Fast Track Xidməti ilə Prioritet Daim Sizdə Olsun
preloader

Fast track xidməti

Feature 1

Fast track xidməti

Visa ilə prioritet daim sizdə olsun

“Miles&Smiles PAŞA Bank Platinum” və “Miles&Smiles PAŞA Bank Signature” kart sahibləri üçün hava limanlarında xüsusi imtiyazlar!

“Miles&Smiles PAŞA Bank Platinum” kart sahibləri aşağıda qeyd olunan hava limanlarında ildə 2 dəfə, “Miles&Smiles PAŞA Bank Signature” kart sahibləri isə ildə 4 dəfə təhlükəsizlik və pasport nəzarətindən prioritet qaydada keçid imkanına sahib olurlar:
    • İstanbul (IST)
    • Larnaka, Kipr Respublikası (LCA)
    • Milan-Malpensa, İtaliya (MXP)
    • Roma-Fyumiçino (FCO) və Roma-Çampino (CIA), İtaliya
    • Barselona, İspaniya (BCN)
    • Heydər Əliyev adına Beynəlxalq Hava Limanı (GYD)
    • Qran-Kanariya (LPA), Palma (PMI), Alikante (ALC), Valensiya (VLC), Malaqa (AGP), İspaniya

“Visa-dan Fast Line” xidmətindən faydalanmaqla aşağıdakı üstünlükləri əldə edə bilərsiniz:
    • sürətləndirilmiş reys qeydiyyatı proseduru
    • portye xidməti ilə baqajın sürətli çatdırılması
    • gediş və gəliş zamanı pasport yoxlamasından növbəsiz keçid

Xidmət 31 sentyabr 2025 tarixinədək Heydər Əliyev Beynəlxalq Aeroportunda keçərlidir.

İl ərzində istifadə limiti:
    • “Miles&Smiles PAŞA Bank Platinum” – 2 dəfə
    • “Miles&Smiles PAŞA Bank Signature” – 4 dəfə

“Visa-dan Fast Line” üstünlüyünə hava limanından gediş zamanı “Salam Gold Visa”, gəliş zamanı isə “Salam Platinum Visa” xidmətləri daxildir.

Xidmətdən yararlanmaq üçün:
    • Smartfon və ya ağıllı saat vasitəsilə Google Pay və ya Apple Pay üzərindən
    • Son 35 gün ərzində minimum 500 AZN məbləğində ödəniş olunmalıdır

Edilən hər ödənişin 5 gün ərzində sistemdə təsdiqləndiyini nəzərə almağınız xahiş olunur.
Misal: 25 iyul tarixində səyahət planlaşdırırsınızsa, 15 iyuladək artıq 210 AZN dəyərində ödəniş etmisinizsə, əlavə 90 AZN ödənişi ən geci 20 iyul tarixinədək həyata keçirməlisiniz.

QR kodla keçid üçün:
    1. “Visa” konsyerj çatbotuna daxil olun
    2. “Visa Travel” menyusunu seçin
    3. “Fast track in Istanbul” və ya “Fast track in Haydar Aliyev International Airport” seçimindən QR kod əldə edin

Qeyd: Zala daxil olarkən kart aktiv olmalıdır. Aktivliyi yoxlamaq üçün dərhal geri qaytarılmaq şərti ilə kartdan 1 USD vəsait silinəcək.

Lounge key process

 

Yeni səyahətlərə açarınız!

Onlayn sifariş