
Kartı əldə etdikdən sonra müvafiq SMS vasitəsilə messenger üçün kontaktlar göndəriləcək. Həmin kontaktları mobil telefonunuzda qeyd edirsiniz və çatbota qoşulursunuz. Messengerdən asılı olaraq verifikasiya məqsədilə sizə ünvanlanan sualları cavablandırdıqdan sonra xidmətdən yararlana bilərsiniz.
Bu məhsul üzrə mövcud zallar barədə məlumatı keçid vasitəsilə https://www.loungekey.com/pashabank, və ya Lounge Key Mobil Əlavəni yükləməklə əldə edə bilərsiniz.
Miles&Smiles kartına Bankın filiallarında, PAŞA Bank və Kapital Bankın Cash-in terminalları, MilliÖn, Internet Bank, 3D Payment, Köçürmə yolu ilə və Mobil Əlavə vasitəsilə vəsaiti mədaxil edə bilərsiniz.
Status millər ilə bonus millər fərqli anlayışlardır. Status millər üzvlük səviyyəsinə görə fərqli miqdarda verilir. Daha ətraflı məlumat üçün https://www.turkishairlines.com/en-int/miles-and-smiles/program-details/index.html keçiddən istifadə edə bilərsiniz.
Məlumat üçün link-ə daxil olun
https://www.turkishairlines.com/en-us/miles-and-smiles/features/index.html
İlk kart sifarişi zamanı PAŞA Bankın Miles&Smiles məhsulu üzrə təqdim etdiyi kampaniyalardan eyni zamanda istifadə etmək qeyri-mümkündür. Ətraflı məlumat üçün keçirilən kampaniyaların şərtlərinə diqqət yetirin.