preloader

Millərin qazanılması

  • Milləri necə qazanmaq olar?

    + -

    Miles&Smiles proramının üzvü olmaqla gündəlik nağdsız əməliyyat etdikdə Türk Hava Yolları və digər Star Alliance üzvlərinin uçuşlarına milləri qazana bilərsiniz.

  • Qazandığım millər barədə məlumatı haradan öyrənə bilərəm?

    + -

    Mil balansınızı aşağıda göstərilən üsullarla izləyə bilərsiniz:
    • Bankın Əlaqə Mərkəzinə müraciət edərək
    • SMS vasitəsilə hər əməliyyat üzrə məlumat göndəriləcək
    • Millərin sayını Turkish Airlines saytından şəxsi kabinetə daxil olaraq və ya THY Mobil əlavəsi vasitəsilə izləmək olar.

  • "Welcome" milləri necə əldə edə bilərəm?

    + -

    Miles&Smiles kart sahibləri əlavə mil qazana bilər. Bunun üçün kart aktivləşdikdən sonra ilk 3 ay ərzində minimum 5000 AZN nağdsız əməliyyat etmək kifayətdir.
    Miles&Smiles Elite kart sahibləri isə daha çox mil qazana bilər. Əlavə 3000 AZN nağdsız əməliyyat etdikdə 5000 mil daha qazanmaq mümkündür.

  • Avans millərini necə əldə edə bilərəm?

    + -

    Avans millərini əldə etmək üçün Bankın Əlaqə Mərkəzinə zəng etmək kifayətdir. Verifikasiya prosesini keçdikdən sonra müvafiq millər mil balansınıza yüklənəcək. Avans millərin maksimal sayı, istifadəsi və qaytarılması millərin hesablama təlimatında təsvir olunub.

  • Ödənişdən sonra qazandığım millər nə zaman hesabıma əlavə olunacaq?

    + -

    Müvafiq ödəniş üzrə milləri ödənişdən asılı olaraq bir neçə dəqiqədən 30 günədək mil hesabınızda görə biləcəksiniz. Hesablanmış millərin hesabınızda əks olunması Bank tərəfindən tranzaksiyaların emalı əsasında aparılır.
    Əlavə suallarınız yarandıqda Bankın Əlaqə Mərkəzilə əlaqə saxlaya bilərsiniz: *9123.

  • Millər hesabımda əks olunmadı. Kimə müraciət edə bilərəm?

    + -

    Avtomatik hesaba alınmayan millər müvafiq xidmətin istifadəsinin başa çatdığı tarixdən üç ay ərzində kart sahibinin hesabına köçürülə bilər. Ləğv edilmiş sifarişlər üzrə millər hesablanmayacaq. Hər hansı bir gecikmə halında *9123 ilə əlaqə saxlaya bilərsiniz.

  • Hansı əməliyyatlara görə millər hesablanmır?

    + -

    Millərin hesablanmasında bəzi əməliyyatlar iştirak etmir, müvafiq istisnalar millərin hesablanması təlimatında qeyd olunub.

Yeni səyahətlərə açarınız!

Onlayn müraciət