
Mil – etdiyiniz nağdsız ödənişlər müqabilində toplanan və uçuş biletinə çevrilə bilən bonus növüdür.
1 mil qazanmaq üçün xərclənməli olan məbləğ:
“Platinum” kartı üzrə - 3 AZN
“Black” kartı üzrə - 2 AZN
“Elite” kartı üzrə - 1 AZN
“Miles&Smiles PAŞA Bank” kartları ilə nağdsız ödənişlər etdikdə hesablanır.
Qeyd: Gömrük ödənişlərində mil hesablanması üçün ödənişlər yalnız gömrükdə, POS-terminal vasitəsilə icra olunmalıdır. Onlayn həyata keçirilmiş gömrük ödənişlərinə mil hesablanmır.
Türk Hava Yollarının “Miles&Smiles” proqramı çərçivəsində təqdim etdiyi fərdi identifikasiya nömrəsidir. TK nömrəniz yoxdursa o, kartın sifarişi zamanı avtomatik olaraq yaradılacaq.
Bəli, əgər hər iki tərəf millərlə 2 il ərzində ən azı bir uçuş həyata keçiribsə mümkündür.
Ödənişlər edərək topladığınız milləri 26 aviaşirkətdə (THY və “Star Alliance” üzvləri) uçuş biletinə dəyişə bilərsiniz.
Türk Hava Yolları üçün daxil olun: https://pshb.az/3SK5Epc
“Star Alliance” üzvləri isə aşağıdakılardır:
1. “Lufthansa”
2. “United Airlines”
3. “Air Canada”
4. “Swiss Airlines”
5. “Air China”
6. “Singapore Airlines”
7. “Turkish Airlines”
8. “LOT Polish Airlines”
9. “Scandinavian Airlines” (SAS)
10. “Shenzhen Airlines”
11. “Aegean Airlines”
12. “Air India”
13. “Air New Zealand”
14. “All Nippon Airways” (ANA)
15. “Asiana”
16. “Austrian Airlines”
17. “Avianca”
18. “Brussels Airlines”
19. “Copa Airlines”
20. “Croatia Airlines”
21. “EgyptAir”
22. “Ethiopian Airlines”
23. “EVA Air”
24. “South African Airlines”
25. “TAP Portgual”
26. “Thai Airways”
- Ödənişlər üzrə millər – Nağdsız ödənişlər zamanı “Miles&Smiles PAŞA Bank” kartı ilə ödəniş etdikdə hesablanan millərdir.
- “Xoş gəldin” milləri – yeni kart əldə etdikdə bank tərəfindən müştəriyə təqdim olunan millərdir.
Kartı əldə etdikdə dərhal əlavə şərtsiz "xoş gəldin" milləri qazanmaq mümkündür. Daha ətraflı: https://pshb.az/3McdPbt
“Miles&Smiles” müştərisi yeni kart əldə etdikdə və ya mövcud kartı yenilədikdə/ dəyişdirdikdə “xoş gəldin” milləri hesablanmır.
- Kampaniya milləri - Bank tərəfindən keçirilən kampaniyalar zamanı hesablanan əlavə millərdir.
- Əlavə millər - Partnyorlarımızda ödəniş etdikdə hesablanan əlavə millərdir.
Bütün partnyorlarımızı tanımaq və partnyorlardan millərin hesablanması qaydası ilə buradan tanış olmaq olar: https://pshb.az/3ypsJ8p