preloader

“Miles&Smiles PAŞA Bank” kartları haqqında

  • “Miles&Smiles PAŞA Bank” kartlarını kim əldə edə bilər?

    + -

    İstənilən şəxs onlayn müraciətlə, pulsuz çatdırılma ilə “Miles&Smiles PAŞA Bank” kartlarını əldə edə bilər.

  • “Miles&Smiles PAŞA Bank” kartlarını necə əldə etməliyəm?

    + -

    Aşağıdakı üsullardan biri ilə kartı asanlıqla əldə edə bilərsiniz:
    - Veb-saytımızdan sifariş edə bilərsiniz: https://pshb.az/3Cn9RYM
    - Sosial media kanallarımız vasitəsilə əlaqə nömrənizi qeyd edə bilərsiniz. Bu zaman əməkdaşlarımız sizdən sifarişi şifahi sorğunuz əsasında qəbul edəcək.
    - Əlaqə mərkəzinə zəng edə bilərsiniz: *9123

  • 18 yaşdan aşağı şəxslərin “Miles&Smiles PAŞA Bank” kartlarını əldə etməsi mümkündürmü?

    + -

    Bəli, valideynlərin icazəsi ilə 18 yaşdan aşağı şəxslərin kartı əldə etməsi mümkündür.

  • “Miles&Smiles PAŞA Bank” kartlarının və millərin istifadə müddəti nə qədərdir?

    + -

    Kartların və millərin istifadə müddəti 3 ildir. Məsələn, kartınızın bitmə tarixi 2022-ci ildirsə elə həmin ildə də qazandığınız millərin son istifadə tarixi 2025-ci ildir.

  • Kart kredit kartıdır?

    + -

    Xeyr, kartlarımız debit kartlarıdır. Yəni, karta mədaxil etməklə kartdan ödəniş etmək mümkündür.

  • Kart neçə günə hazır olur?

    + -

    Kart 5 iş günü ərzində hazırlanır.

  • Kartın çatdırılması necə həyata keçirilir?

    + -

    Kart hazır olduqdan sonra kuryer vasitəsilə sizin ünvanınıza pulsuz çatdırılacaq.
    Daha ətraflı: https://pshb.az/3yomMbW

  • Karta necə mədaxil edə bilərəm?

    + -

    Karta vəsaiti asanlıqla mədaxil etmək mümkündür:
    - Sizə yaxın filialın kassasından;
    - Million və e-manat ödəniş terminalları vasitəsilə;
    - ATM vasitəsilə;
    - PAŞA Bank Mobil tətbiq vasitəsilə;
    - Köçürmə yolu ilə.

  • “Miles&Smiles PAŞA Bank” kartlarının digər miles debet kartlardan fərqi nədir?

    + -

    “Miles&Smiles PAŞA Bank” kartlarına məxsus bütün üstünlüklər barədə buradan ətraflı məlumat əldə etmək olar: https://pshb.az/3V3vAxH

  • Kartın istifadə müddəti bitdikdə toplanmış millər silinir?

    + -

    Xeyr, millərin əldə edildiyi tarixdən etibarən 3 il müddətində istənilən zaman uçuş biletinə çevirmək mümkündür.
    Daha ətraflı: https://pshb.az/3ymvN5c

  • “Miles&Smiles PAŞA Bank” kartlarını bir-birindən fərqləndirən cəhətlər hansılardır?

    + -

    Buraya daxil olaraq kartlarımızın əsas xüsusiyyətlərini fərqləndirə bilərsiniz: https://pshb.az/3MddEfM

Yeni səyahətlərə açarınız!