preloader

Lounge Key xidməti haqqında

  • Lounge Key xidməti nədir?

    + -

    “Miles&Smiles PAŞA Bank” kartları ilə biznes zallara pulsuz və limitsiz giriş imkanıdır.

  • Lounge Key xidmətindən necə istifadə edə bilərəm?

    + -

    “Miles&Smiles Platinum” kart sahibləri “Lounge Key” biznes zallarına ildə 2 dəfə, “Miles&Smiles Black” kart sahibləri ildə 10 dəfə, “Miles&Smiles Elite” kart sahibləri isə limitsiz giriş edə bilər.
    Daha ətraflı: https://pshb.az/3T6hEkq

  • “Lounge Key” biznes zallarında hansı xidmətlər təqdim olunur?

    + -

    - Komfortlu gözləmə yerləri
    - İnternetə (Wi-Fi) çıxış
    - TV, içki və qəlyanaltılar
    - Reyslə bağlı məlumat əks olunan monitor, duş, kondisioner


    Xidmətlər hava limanına görə fərqlənə bilər. Bütün xidmətlərin siyahısı ilə proqramın saytında və ya mobil tətbiqdə tanış olmaq olar.

  • “Lounge Key” mobil tətbiqini buradan yükləyin:

    + -
  • ”Lounge Key” zalını necə tapa bilərəm?

    + -

    Hava limanlarında “Lounge Key” biznes zallarının loqotipi ilə göstəricilər yerləşdirilib. 
    Həmçinin, zalların yeri ilə bağlı informasiya ilə veb-saytdan və ya mobil tətbiqdən tanış olmaq mümkündür. 
    Daha ətraflı: https://pshb.az/3T6hEkq

  • “Lounge Key” biznes zalına keçmək üçün xüsusi kart lazımdırmı?

    + -

    Xeyr, “Miles&Smiles PAŞA Bank” kartınız, minik talonu və şəxsiyyətinizi təsdiq edən sənəd kifayətdir. Həmçinin, “Lounge Key” biznes zalına daxil olmaq üçün veb-saytda heç bir qeydiyyata ehtiyac yoxdur.

  • “Lounge Key” biznes zalını kart sahibi olmayan ziyarət edə bilərmi?

    + -

    Kart sahibini müşayiət edirsə, bəli. Bu zaman, kart sahibinin də orada olması mütləqdir.

  • Pulsuz ziyarətlər müşayiət edən şəxslərə aid edilirmi?

    + -

    Xeyr, yalnız kart sahibinə aid edilir. Müşayiət edən şəxslərin “Lounge Key” biznes zalını ziyarət edə bilməsi üçün hər adama Mastercard üzrə 30 USD, Visa kartı üzrə isə 32 USD ödəniş etməsi lazımdır.

  • Kart sahibini neçə qonaq müşayiət edə bilər?

    + -

    Orta hesabla, 4-6 nəfər. Qonaq sayı hər zalın qaydalarına uyğun təyin edilir.
    Daha ətraflı: https://pshb.az/3T6hEkq

  • “Lounge Key” biznes zalında uşağa görə ödəniş etmək lazımdırmı?

    + -

    Hər bir zalın daxili qaydasına əsasən dəyişə bilər.
    Daha ətraflı: https://pshb.az/3PdWBdq

  • Pulsuz ziyarətlərin sayını necə öyrənmək olar?

    + -

    Biznes zallarının ziyarət tarixçəsini veb-saytda qeydiyyatdan sonra və ya mobil tətbiqdə izləyə bilərsiniz.
    Daha ətraflı: https://pshb.az/3T6hEkq

Yeni səyahətlərə açarınız!