preloader

Nağdsız mübadilə əməliyyatları

Ölkədən kənar ödənişlər üçün:
• AZN valyutasından xarici valyutaya;
• Xarici valyutadan AZN valyutasına konvertasiya Beynəlxalq Ödəniş Sistemlərinin məzənnəsi ilə aparılır.

Beynəlxalq Ödəniş Sistemlərinin rejimindən asılı olaraq hesabdan vəsaitin silinməsi (bu müddətdə vəsait müştərinin hesabında bloklanır) əməliyyatın icrası ilə eyni tarixdə olmadığı üçün Beynəlxalq Ödəniş Sistemlərinin tətbiq etdiyi məzənnə əməliyyatın icra tarixində fərqlənə bilər.

Bununla əlaqədar əməliyyat icra olunarkən müştəridən əlavə vəsait tutula, yetərli vəsait olmadıqda hesab texniki “overdraft” əsasında kreditləşə (mənfi balansa düşə) bilər.

Ölkə daxili ödənişlər üçün:
• AZN-dən xarici valyutaya;
• Xarici valyutadan AZN-ə, 
• Xarici valyutadan fərqli xarici valyutaya konvertasiya əməliyyatı Azərbaycan Respublikası Mərkəzi Bankının həmin günə açıqlanmış rəsmi valyuta məzənnəsinə əsasən həyata keçirilir.

Ölkədaxili Ödəniş Sistemlərinin rejimindən asılı olaraq hesabdan vəsaitin silinməsi (bu müddətdə vəsait müştərinin hesabında bloklanır) əməliyyatın icrası ilə eyni tarixdə olmadığı üçün AR Mərkəzi Bankın tətbiq etdiyi məzənnə əməliyyatın icra tarixindən fərqlənə bilər.

Bununla əlaqədar əməliyyat icra olunarkən müştəridən əlavə vəsait tutula, yetərli vəsait olmadıqda hesab texniki “overdraft” əsasında kreditləşə (mənfi balansa düşə) bilər.

“PAŞA Bank Miles&Smiles”ın “Mastercard” məhsulları üzrə;

Kartın valyutası AZN-dən fərqli olduğu halda AZN-dən xarici valyutaya AR Mərkəzi Bankın silinmə tarixinə olan məzənnəsi ilə mübadilə olunur.

“PAŞA Bank Miles&Smiles”ın “Visa” məhsulları üzrə;

“Visa” üzrə mübadilə valyutası avro olduğuna görə, avrodan AZN-ə və ya xarici valyutaya AR Mərkəzi Bankın silinmə tarixinə olan məzənnəsi ilə mübadilə olunur.

Yeni səyahətlərə açarınız!

Onlayn müraciət