preloader

PAŞA Bankdan "Baliyə səyahət" kampaniyası

Kampaniyanın müddəti

21.10.2019 - 21.12.2019

Kampaniya qalibinə təqdim olunacaq mükafat

İndoneziya, Bali adasına 2 nəfərlik 2 tərəfli səyahət bileti

Kampaniyanın şərtləri

- Kampaniyada iştirak etmək üçün PAŞA Bank Miles&Smiles kartı ilə PAŞA Bankın partnyor şəbəkəsində nağdsız ödənişlər həyata keçirmək və əlavə millər qazanmaq lazımdır. Əldə edilən millərin sayına görə bir müştəri qalib təyin olunacaq.
- Millərin hesablanması zamanı bir və daha çox şəxsin mil sayı bərabər olarsa, bu mil sayına çatan ilk şəxs qalib seçiləcək.
- Qalib olan şəxs səyahət üçün pasport statusunun etibarlı olmasından əmin olmalı, viza prosesini uğurlu şəkildə başa vurmaq üçün bütün viza tələblərini qarşılamalıdır. Bu prosesin həyata keçiriliməsində PAŞA Bank və Türk Hava Yollarının müstəsna heç bir rolu mövcud deyildir.
- Biletlər əldə edildikdən sonra bir il ərzində istifadə edilə bilər.
- Biletlərin rezervasiyası aşağıda qeyd edilən tarixlərdə uçuş sıxlığının yaşanması səbəbindən mümkün deyildir:
     o 21.12.2019 - 05.01.2020 və 20.03.2020 - 29.03.2020.
- Biletlərin rezervasiyası və onların qalib şəxsə təqdim edilməsi Türk Hava Yollarının Bakıdakı satış ofisi tərəfindən həyata keçiriləcəkdir.
- Biletlərin istifadə müddəti və yaxud səyahət müddətinin (müştəri tərəfindən təsdiqlənən) uzadılması qeyri-mümkündür.
- Biletlərin nağd pula dəyişdirilməsi, biletlərin istiqamətinin dəyişdirilməsi və transfer edilməsi mümkün deyil.
- Qalib şəxs tərəfindən biletlərə əlavə olunacaq baqaj xərci və yaxud digər xərclərə görə hər iki tərəf (PAŞA Bank və Türk Hava Yolları) məsuliyyət daşımır.
- Ümumi, tibbi və digər xərclər PAŞA Bank və Türk Hava Yolları tərəfindən qarşılanmır.
- Türk Hava Yolları ehtiyac yarandığı halda hüquq və qaydalara dayanaraq öz siyasətini həyata keçirmək hüququnu özündə saxlayır.

Yeni səyahətlərə açarınız!

Onlayn müraciət