
“Miles&Smiles PAŞA Bank” kartlarınızla indi etdiyiniz hər ödəniş 50% daha çox mil qazandıracaq!
Türk Hava Yolları ilə birgə kampaniya çərçivəsində bütün partnyor şəbəkələrdə ödəniş zamanı qazandığınız hər 1 milə əlavə olaraq 0,5 mil hədiyyəniz olacaq.
Bu fürsəti qaçırmamaq üçün alış-veriş edin, millərinizi artırın və səyahət biletinizi millərlə alın.
• Təklif yalnız 01 iyul 2025 saat 00:00-dan 31 iyul 2025 saat 00:00-a qədər “Miles&Smiles PAŞA Bank” kartları ilə qazanılmış millərə şamil edilir;
• Xüsusi təklif çərçivəsində istifadəçilərə qazandıqları millərin üzərinə əlavə 50% mil təqdim ediləcək. Status milləri üçün əlavə mil hesablanmır;
• Kampaniya çərçivəsində bir istifadəçi maksimum 100,000 əlavə mil qazana bilər;
• Bu kampaniya digər Türk Hava Yollarının kampaniyaları ilə birləşdirilə bilməz;
• Qaydaların pozulması halında Türk Hava Yolları müvafiq tərəflərə qarşı hüquqi tədbirlər görmək hüququnu özündə saxlayır;
• Türk Hava Yolları kampaniyanın şərtlərini, təriflərini və digər məlumatları dəyişdirmək və ya kampaniyanı istənilən vaxt ləğv etmək hüququnu özündə saxlayır;
• Kampaniya dövründə PAŞA Bank vasitəsilə qazanılmış ümumi millər kampaniyanın sonunda hesablanacaq və kampaniya milləri 1 ay ərzində istifadəçilərin hesabına əlavə olunacaq.
01.07.2025 - 31.07.2025